Unitaz oğruları: "Xüsusi əməliyyatın" görünməyən tərəfi – Şəkillər |
"Mash"ın məlumatına görə, Başqırdıstan sakini 2022-ci ilin payızında Ukrayna müharibəsinə qatılıb. Döyüşçü xidmətdə olduğu müddətdə qondarma Donetsk Xalq Respublikasının (DXR) Krasnoqorovka qəsəbəsinin işğalında iştirak edib.
"Tezliklə ona yüksək rütbə verilib və əsgər kəşfiyyatçı kimi çalışıb. "Maloy" 2024-cü ilin noyabrında son əməliyyatına qatılıb və itkin düşüb. Hərbçinin yaxınları iki ay ərzində onu xəstəxanalarda axtarsalar da, tapmayıblar. Sonradan onlar "Maloy"un Aleksey Nevskinin ikonasını və naringiləri qucaqlayaraq matrasda uzanmasını əks etdirən fotosunu tapıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb",- nəşr yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az