İlham Əliyev iftar mərasimində iştirak edib

 İlham Əliyev iftar mərasimində iştirak edib
  25 İyul 2013    Oxunub:1131
AzVision.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Şeyxülislam Allahşükür Paşazadə, həmçinin mərasimdə iştirak edən din xadimlərinə də təşəkkür edib.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı Katolik kilsəsinin baş keşişi Vladimir Fekete çıxış edərək Azərbaycandakı tolerantlığın səviyyəsini və ölkəmizin dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər və təbriklərini çatdırıblar.

Dövlət başçısı mərasimdə çıxış edib. Sonra iftar süfrəsi açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti