Ağır yol qəzası baş verdi

Ağır yol qəzası baş verdi
  25 İyul 2013    Oxunub:1252
Sürücülər xəsarət alıblar
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Zalqarağac kəndində “İSUZU” markalı yük avtomobili “MERCEDES” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində "İSUZU" markalı yük avtomobilinin mühərrik və salon hissəsi yanıb. Qəza zamanı hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alaraq, Şirvan şəhəri mərkəzi xəstəxanasına aparılıblar. Yük avtomobilinin qalan hissəsi və “MERCEDES” markalı minik avtomobili yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti