ATƏT yenidən cəbhədə monitorinq keçirəcək

ATƏT yenidən cəbhədə monitorinq keçirəcək
  23 İyul 2013    Oxunub:874
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqi keçirəcək.
AzVision.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 24-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.


Teqlər:





Xəbər lenti