Jurnalistlər mükafatlandırıldı

Jurnalistlər mükafatlandırıldı
  22 İyul 2013    Oxunub:1046
Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü qeyd olunub.
AzVision.az xəbər verir ki, mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə KİV-lərin sayında ciddi artım baş verib, ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib:

“Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Gənclər dövlətin aparıcı təbəqəsindən birinə çevrilib”.

Nazir müavini İntiqam Babayev ölkədə dövlət gənclər siyasəti və idman sahəsində bir çox işlər görüldüyünü vurğulayıb.

O bildirib ki, gənclər sahəsində hədsiz sayda işlər görülür, jurnalistlərin sayəsində onların yetərincə cəmiyyətə çatdırılmasına nail olunur.
İ.Babayevin sözlərinə görə, Gənclər və İdman Nazirliyi hər zaman mətbuatla əməkdaşlığa önəm verib.

Daha sonra isə hər iki nazir müavini nazirliklə əməkdaşlıq edən bir sıra mətbuat nümayəndələrini mükafatlandırıb.


Teqlər:





Xəbər lenti