Rusiyadan kürü ovu ilə bağlı qadağa

Rusiyadan kürü ovu ilə bağlı qadağa
  20 İyul 2013    Oxunub:997
Son 10 ildə Xəzər dənizində kürü balıqlarının sayında 40 faiz azalma müşahidə olunub
Rusiyanın Balıqçılıq Təşkilatı Xəzər dənizində 5 il müddətində kürü balıqlarının ovlanmasına qadağa qoyulmasını tələb edib.
AzVision.az ans-ə istinadən xəbər verir ki, təşkilatın sədri Andre Kraynı, sentyabr da keçiriləcək Xəzəryanı ölkələrin zirvə toplantılarının son protokolunda 5 il müddətində kürü balıqlarının ovlanmasının yasaqlanmasının elan olunacağını deyib.

Kraynı qeyd edib ki, bu məsələ Bakıda keçirilən zirvə toplantısında da müzakirəyə çıxarılsa da, Türkmənistan buna qarşı çıxdı.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin dördü dənizdə kürü balıqların ovlanmasının yasaqlanmasına hazırlıq apardıqlarını bildiriblər.

Qeyd edək ki, Rusiya mətbuatı bir neçə dəfə Xəzər dənizində kürü balıqlarının nəslinin kəsilmək üzrə olduğunu bəyan edib. Son statistikaya görə, son 10 ildə Xəzər dənizində kürü balıqlarının sayında 40 faiz azalma müşahidə olunub.


Teqlər:





Xəbər lenti