İki nəfər xilas edildi

İki nəfər xilas edildi
  20 İyul 2013    Oxunub:951
Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Digər bir batma hadisəsi isə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) qeydə alınıb.

Həmin vətəndaş da dalğıc-xilasedicilər tərəfindən xilas olunub.


Teqlər:  





Xəbər lenti