Temperatur yüksələcək

Temperatur yüksələcək
  20 İyul 2013    Oxunub:1239
Sabah Azərbaycanda bəzi yerlərdə havanın temperaturu 38 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, istirahət günü - iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28 dərəcə isti olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti