İbrahimbəyov Almaniyaya gedir

İbrahimbəyov Almaniyaya gedir
  20 İyul 2013    Oxunub:1122
Milli Şuranın sədri, müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyov Avropaya gedir.
AzVision.az xəbər verir ki, bu barədə bloqqer Emin Milli məlumat verib. Məlumatda bildirilir ki, kinodramaturq Avropada yaşayan azərbaycanlılarla silsilə görüşlər keçirəcək və ilk görüş Almaniyanın paytaxtı Berlində baş tutacaq.

İyulun 23-də baş tutacaq görüş saat 18:00-dan 20:00-a qədər davam edəcək. Görüşdə prezident seçkiləri, Milli Şuranın seçki strategiyası barədə söhbət açılacaq.

Səfərin əsas mahiyyəti Azərbaycanda kənarda yaşayan həmyerlilərimizdən Milli Şuraya dəstək almaqdır.

Vahid namizədin iyulun 30-da Bakıya qayıdacağı bildirilir.

Qeyd edək ki, bundan öncə Amerikada səfərdə olan R.İbrahimbəyov müsahibəsində bildirmişdi ki, gözlədiyi dəstəyi ala bilməyib.

AzVision.az



Teqlər:  





Xəbər lenti