Başımızın üstünü buludlar alacaq

Başımızın üstünü buludlar alacaq
  20 İyul 2013    Oxunub:8662
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh - İyulun 21-dək Respublikanın əksər rayonlarında temperatur rejimi norma daxilində olacaq.

Bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturunun Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında gündüz 32-36 dərəcə isti olması torpaqda məhsuldar rütubət ehtiyatının azalmasına səbəb olacaq.

İsti və quru hava şəraiti bir çox rayonlarda becərmə işləri və məhsul yığımı, çoxillik otların boy atması üçün əlverişli olacaq, lakin kənd təsərrüfatı bitkilərinin tez-tez suvarmaya olan ehtiyacını artıracaq.


Teqlər:  





Xəbər lenti