Aydın Mirzəzadə 700 bal toplayan tələbəyə təqaüd verəcək

Aydın Mirzəzadə 700 bal toplayan tələbəyə təqaüd verəcək
  18 İyul 2013    Oxunub:1977
“700 bal toplayan mingəçevirli məzuna hər ay 100 manat təqaüd verəcəyəm”
AzVision.az xəbər verir ki, bu sözləri Mingəçevirdən seçilən deputat, YAP-ın Siyasi Şurasının üzv Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, bu təqaüd verəcəyi ikinci 700 bal toplamış Mingəçevir məzunudur.

“Bu təqaüd verəcəyim ikinci 700 bal toplamış Mingəçevir məzunu olacaq. İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.

O dörd nəfərdən biri deputat seçildiyim Mingəçevir şəhərinin 3 saylı orta məktəbini bu il qızıl medalla bitirmiş Məmmədli Nərmin Rövşən qızıdır. Bitirdiyi 3 saylı məktəb Mingəçevirin tanınan və yüksək təhsil verən orta məktəblərindəndir.

“Nərminin babası Məmməd həkimi yaxşı tanıyıram, şəhərin nüfuzlu insanlarındandır, dost münasibətlərimiz var. Bu gün ona zəng edib, gözaydınlığı verdim. Həmçinin Nərminlə də telefonla danışdım, onu təbrik etdim.

Nərminə bildirdim ki, yüksək bal topladığına görə ali məktəbi bitirənə qədər hər ay ona 100 manat təqaüd verəcəyəm.

Artıq üç ildir ki, Mingəçevirdən ilk 700 bal toplamış məzun, hal-haırda Qafqaz Universitetinin IV kurs tələbəsi Kazımov İsmayıl hər ay məndən 100 manat təqaüd alır.

Mingəçevirdə ictimaiyyətlə və pedaqoji kollektivlərlə görüşdə daima bildirirəm ki, qəbul imtahanlarında yüksək 700 bal toplayan hər bir mingəçevirli məzun depuatından təqaüd alacaq. Sözümün üstündə dururam və Mingəçevirdən yeni rekordçu abuturiyentlər gözləyirəm”..

Sevinc İltifatqızl


Teqlər:  





Xəbər lenti