“Ona dedim ki, sən bu balı yığsan...”

“Ona dedim ki, sən bu balı yığsan...”
  17 İyul 2013    Oxunub:1743
İyulun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) III qrup üzrə keçirdiyi qəbul imtahanında 4 nəfər 700 bal toplayıb.

Onlardan biri də Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdi Nərmin Murğuzovadır. Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin direktoru Quliyev Nüsrət şagirdi Nərmin Murğuzovanın 700 bal yığması ilə bağlı sevincini AzVision.az-la bölüşüb. Direktorun N.Murğuzova ilə bağlı dediklərini təqdim edirik:

“Mən çox sevincliyəm. Yatmışdım, bu xəbəri eşidib oyandım. Çox sevinirəm. Bizim məktəbdən hər il 4-5 şagird yüksək bal toplayır. Bu il də Nərmin 700 bal topladı. O, məktəbin ən çalışqan şəagirdi idi. digər şagirdlərdən fərqli olaraq, dərslərə davamlı gəlirdi. Həm də yaxşı oxuyurdu. Onu da qeyd edim ki, onların ailəsi çox imkansız, həm də həddindən artıq imkansız idi. Yadımdadır, sentyabrda mən Nərminə dedim ki, əgər sən bu il 700 bal toplasan mən sənə ən yaxşı, böyük bir hədiyyə etdi. İndi o mənim bu arzumu həyata keçirdi. Keçən il də bizim məktəbin bir şagirdi 687 bal toplamışdı. Bu il də Nərmin çox yüksək nəticə göstərdi. Nərmindən başqa digər şagirdlərimiz də 600 balı keçiblər”-deyə, məktəb direktoru öz sevinc hisslərini bizimlə bölüşdü.

Nərmin Murğuzovadan açıqlamanı AzVision.az-da izləyin

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti