Komitə müraciətləri cavablandırıb

Komitə müraciətləri cavablandırıb
  16 İyul 2013    Oxunub:1128
Cari ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət əmlakının idarə edilməsi ilə bağlı 430-dan çox müraciət daxil olub və qanunvericiliyə uyğun cavablandırılıb.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İsmayıllı şəhərində nizamnamə kapitalında dövlət payı olan səhmdar cəmiyyətlərin və dövlət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuz rayonlarından olan 40-a yaxın səhmdar cəmiyyət və dövlət müəssisəsinin rəhbər heyəti iştirak edib.

Tədbirdə komitənin sədr müavini Rüstəm Şahbazov dövlət əmlakının effektiv idarə edilməsi və səmərəli istifadəsinin zəruriliyindən, bu sahədə qanunvericilik bazasından, həyata keçirilmiş tədbirlərdə əldə olunan nəticələrdən, bu sahədə korporativ idarəetmə sisteminin əhəmiyyətindən, beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqi vəziyyətindən söz açıb.

Dövlət əmlakının mövcud vəziyyəti, istismara yararsız vəsaitlərin balansdan silinməsi, səhmdarların ümumi yığıncaqlarının keçirilməsi, dövlət büdcəsinə və büdcədənkənar fondlara olan borcların silinməsi, zəbt olunma hallarının qarşısının alınması və digər məsələlərlə bağlı çıxışlar olub, səhmdar cəmiyyətlərin rəhbərlərinin bu barədə fikir və təklifləri dinlənilib. Tədbirdə qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

2013-cü ilin birinci yarısında komitəyə dövlət əmlakının idarə edilməsi ilə bağlı 430-dan çox müraciət daxil olub və qanunvericiliyə uyğun cavablandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti