"İNFİNİTİ" alışıb yandı: xəsarət alan var

"İNFİNİTİ" alışıb yandı: xəsarət alan var
  16 İyul 2013    Oxunub:928
Xaçmaz rayonunda yol qəzası baş verib
Xaçmaz rayonu, Qaradağ Buduq kəndində vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili və digər vətəndaşa məxsus "İNFİNİTİ" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində "İNFİNİTİ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qəza zamanı "QAZEL" markalı yük avtomobilin sürücüsü aldığı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb.

Yanğından "QAZEL" markalı avtomobil mühafizə olunub.


Teqlər:  





Xəbər lenti