Azərbaycana gələcək müşahidəçilər seçilir

Azərbaycana gələcək müşahidəçilər seçilir
  15 İyul 2013    Oxunub:996
ATƏT oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibini müəyyənləşdirir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasını tədqiqatları əsasında və mandatına uyğun olaraq bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərməyə hazırlaşır.

Bu barədə AzVision.az ATƏT-in rəsmi internet səhifəsində yerləşdirilmiş, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı hesabatına istinadən məlumat verir.

Məlumatda deyilir ki, hazırda ATƏT DTİHB, müşahidəçi missiyasının rəhbəri, missiya rəhbərinin müavini, politoloq, seçki, hüquq sahəsi, media üzrə analitiki və uzun müddətli müşahidəçi koordinatoru vəzifələri üzrə xarici məsləhətçilər axtarır. 8 həftə ərzində müəyyən ediləcək namizədlər Azərbaycan da daxil omaqla ATƏT-ə üzv ölkələrdən seçiləcək.

Hesabatda həmçini qeyd olunur ki, Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə ekspertlərdən ibarət əsas qrup ilə yanaşı, təşkilata üzv ölkələrdən 30 uzun müddətli və 280 qısamüddətli müşahidəçinin göndərilməsi tövsiyə edilib.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti