Fransadan damazlıq cins heyvanlar gətirilir

Fransadan damazlıq cins heyvanlar gətirilir
  14 İyul 2013    Oxunub:1184
Azərbaycana ilin sonunadək 500 baş damazlıq cins heyvan gətiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq digər Avropa ölkələri ilə yanaşı, Fransadan da damazlıq cins heyvanların gətirilməsinə başlanıb.

İlkin olaraq gətirilmiş 160 baş damazlıq heyvanların 100 başı Biləsuvar rayonunda yerləşən heyvandarlıq kompleksinə, 60 başı isə Bərdə rayonunda yerləşən dövlətin güzəştli kreditləri hesabına yaradılmış heyvandarlıq kompleksinə verilib.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu indiyədək 15 müasir heyvandarlıq kompleksinin yaradılmasına 57,2 milyon manat məbləğində güzəştli kredit verib.

Artıq 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir. Müasir heyvandarlıq komplekslərinin yaradılması və cins damazlıq heyvanlarla təminatına dövlət dəstəyi tədbirləri gələcəkdə də davam etdiriləcək.


Teqlər:  





Xəbər lenti