Rus Dram Teatrı qəbul elan edir

Rus Dram Teatrı qəbul elan edir
  13 İyul 2013    Oxunub:2491
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı dram studiyasına qəbul elan edir.
Teatrın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dram studiyasına ali məktəbi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, xoreoqrafiya məktəbini və orta məktəbi bitirən gənc oğlan və qızların qəbul olunmaq şansı vardır.

Dinləmə üçün ərizələr sentyabrın 10-da və 11-də qəbul ediləcəkdir. Dinləmə və sənədlərin (pasport, təhsil haqqında diplom, attestat) qəbulu isə sentyabrın 12-də keçiriləcək.

Dinləmənin proqramına şeir, nəsr, təmsil, həmçinin daxil olanın seçiminə əsasən mahnı və rəqs daxildir.


Teqlər:  





Xəbər lenti