Çeçenin ölüm səbəblərini məhkəmə araşdıracaq

Çeçenin ölüm səbəblərini məhkəmə araşdıracaq
  12 İyul 2013    Oxunub:1065
Rusiyada azərbaycanlılar da daxil olmaqla 50 nəfərin iştirak etdiyi atışma ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Ötən il sentyabrın 23-də Sankt-Peterburqda 50 nəfərin iştirak etdiyi və ölümlə nəticələnən atışma ilə bağlı açılmış cinayət işinin materialları məhkəməyə göndərilib.

AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Puşkin rayonunun Leninqrad küçəsində, “Ovçu iqamətgahı” restoranında qeydə alınıb.

Həmin vaxt restoranda olan təxminən 50 nəfər müştəri arasında məişət zəminində dava düşüb və bu, sonda atəş açılması ilə nəticələnib. İştirakçılardan biri ən azı 4 dəfə müştərilərə sarı atəş açıb.

Nəticədə Çeçenistan sakini olan bir nəfər dünyasını dəyişib. Bu qətlə görə bir Azərbaycan vətəndaşı təqsirləndirilərək həbs olunub. Günahı təsdiqlənərsə, onu ömürlük həbs gözləyir.




Teqlər:  





Xəbər lenti