Məmmədyarov bu gün Nalbandyanla görüşəcək

Məmmədyarov bu gün Nalbandyanla görüşəcək
  12 İyul 2013    Oxunub:970
Bu gün Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək.
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

E.Abdullayev deyib ki, Məmmədyarov həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcək.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.


Teqlər:





Xəbər lenti