Prezidenti kosmosa göndərirlər

Prezidenti kosmosa göndərirlər
  22 Fevral 2013    Oxunub:2129
Misirin müxalif “6 Aprel” (April 6 Youth Movement) gəncələr hərəkatı prezident Mursini kosmosa göndərmək qərarına gəlib.
Hərəkatın Facebook səhifəsində yer alan məlumata görə, gənclər Mursinin adını Axe firması tərəfindən, yanvarın əvvəllərində elan edilən beynəlxaq müsabiqəyə daxil edib.
Müsabiqənin nəticələrinə görə, 25 nəfər kosmosa bir saatlıq səyahət edəcək. Buna görə də hərəkat üzvləri hər kəsi “axeapollo.com” saytında səsvermədə Misir prezidentinə səs verməyə çağırıb.
“Heç kim bu qədər yalan və xilaf çıxan vədlərlə yer kürəsində yaşamaq istəməz. Məhz buna görə də bizə sizin səsləriniz lazımdır. Prezident Mursi, biz sizə xoş istirahət arzulayırıq”,-deyə məktubda yazılıb.
Mətnlə yanaşı gənclər Mursinin “Mən kosmosa getmək istəyirəm çünki yerdəki missiyamı tamamlamışam” yazılı və skafandrdakı fotosunu da paylaşıblar.



Teqlər:  





Xəbər lenti