Metsola Kiyevə “TAURUS” raketləri verməyə çağırıb
“Bəli, bu, Avropa Parlamentinin mövqeyidir. Bu tələb geniş şəkildə dəstəklənir. Baxaq görək, bu, Bundestaq seçkilərindən sonra müvafiq kurs dəyişikliyinə gətirib çıxaracaqmı? Bəlkə də kursda belə bir dəyişiklik daha əvvəl baş verəcək, çünki Berlin koalisiyasında “TAURUS” tədarükü ilə bağlı müxtəlif mövqelər var”, - Roberta Metsola buna ümid etdiyini gizlətməyib.
Bu arada, Ukraynanın Sənayenin Strateji sahələri üzrə nazirinin müavini Anna Qvozdyar “The Wall Street Journal (WSJ) nəşrinə Kiyevin özünün bir neçə ballistik raketlər hazırladığını bildirib.
Nəşrin mənbələrinin dediyinə görə, Ukrayna düşmən xəttinin dərinliklərində zərbə endirmək qabiliyyətinə malik raketlərin yaradılması üzərində fəal iş aparır. Proqramın əksər təfərrüatları məxfi saxlanılır, lakin Ukrayna rəsmiləri bu yaxınlarda belə silahların tezliklə qoşunlara təqdim oluna biləcəyini açqıalyıblar. Avqust ayında Ukraynanın belə bir raketin ilk sınaqlarını keçirdiyi iddia olunur.
- Siz gələn il və ya bu ilin sonuna kimi genişmiqyaslı raket proqramı haqqında eşidəcəksiniz”, - Ukraynanın Müdafiə naziri Rustem Umerov deyib.
Ukrayna prezidentinin müşaviri Aleksandr Kamışinin iddiasına görə, proqramın həyata keçirilməsinə mane olan məsələlərdən biri maliyyə problemidir. Kiyevin kifayət qədər vəsaiti yoxdur. Xüsusilə Ukrayna müharibə zamanı “Neptun” raketindən yalnız məhdud dərəcədə istifadə edib və rəsmilər maliyyə çatışmazlığının istehsalı dayandırdığını deyirlər.
Digər problem silahların kütləvi istehsalıdır. Prezident Volodimir Zelenski Ukraynanın bu il 100 raket istehsal etdiyini açqıalyıb. Bütün dünyada raket istehsalçıları mühərriklər kimi komponentlərin davamlı təchizatını təmin etməkdə çətinliklərlə üzləşirlər. İşçi çatışmazlığı və infrastruktura Rusiyanın davamlı hücumları bu məəslədə Ukraynanın imkanlarını daha da məhdudlaşdırır.
Bununla belə, NATO-nun Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Yeqor Çernev komponentlərin tədarükü ilə bağlı problemlərə rəğmən, ballistik raket proqramının başa çatmaq üzrə olduğunu deyib.
Vaşinqton isə hesab edir ki, Ukrayna diqqətini uzaq mənzilli pilotsuz təyyarələrin istehsalına yönəltməlidir.
"Qiymətlərin yüksək olması baxımından, Ukraynanın pilotsuz uçuş aparatları proqramı yüksək ballistik raketlərdən daha sərfəlidir”, - ABŞ-nin Müdafiə naziri Lloyd Ostin vurğulayıb.
Mənbənin verdiyi açıqlamaya görə, bu yaxınlarda təsdiqlənmiş ABŞ-nin 2,4 milyard dollarlıq yardım paketinə uzaqmənzilli pilotsuz təyyarələr və digər oxşar silahlar üçün maliyyə vəsaiti daxildir. Bu vəsaitin ballistik raketlərə sərf olunmayacağı bildirilir. Yeri gəlmişkən, Anna Qvozdyar da hücum pilotsuz təyyarələrinin hazırlanmasının ballistik raketlərlə müqayisədə daha effektiv və ucuz alternativ olduğunu etiraf edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: