Sikorski: “Ukrayna döyüşü dayandırsa daha mövcud olmayacaq”

   Sikorski:    “Ukrayna döyüşü dayandırsa daha mövcud olmayacaq”
  23 Noyabr 2024    Oxunub:350
Müharibə Ukrayna döyüşü dayandıranda yox, Rusiya prezidenti Vladimir Putin döyüşü dayandırdıqda bitəcək.
AzVision.az xəbər verir ki, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski “Amerikanın Səsi” radiosuna müsahibəsində belə iddia səsləndirib.

“Hamı sülh istəyir. Əgər Ukrayna təslim olsaydı, sülh olardı. Ona görə də Putin də sülh istəyir. Məsələ söhbətin hansı şəraitdə getdiyindən asılıdır”, - polşalı nazir qeyd edib.

Onun sözlərinə, söhbət BMT Nizamnaməsinə əməl olunub-olunmamasında, Ukraynanın, o cümlədən Rusiyadan əvvəllər aldığı təhlükəsizlik zəmanətlərinə əməl edilib-edilməməsindədir və məsələ buna necə nail oluncağındadır.

“Ukrayna döyüşü dayandıranda müharibə bitməyəcək, çünki bu halda Ukraynanın mövcudluğu da bitəcək. Putin döyüşü dayandırdıqda müharibə bitəcək. Bu o deməkdir ki, o, müharibənin səhv olduğu və qalib gələ bilməyəcəyi qənaətinə gəlməlidir. O, əslində buna özünü göstərdiyindən daha yaxındır. Putin özünü öyən adamdır. O, hipotetik danışıqlarda rol almağa çalışır, lakin ABŞ, Avropa və Ukraynanın onun düşündüyündən daha güclü kartları var”, - Radoslav Sikorski iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sikorski   Rusiya   Ukrayna  





Xəbər lenti