Qırğızıstan parlamentinin keçmiş spikeri saxlanılıb

   Qırğızıstan parlamentinin keçmiş spikeri saxlanılıb
  22 Noyabr 2024    Oxunub:346
Qırğızıstan parlamentinin eks-spikeri Kanatbek İsayev saxlanılıb.
Bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Vəkil Bakıt Osmonəliyevin sözlərinə görə, Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları keçmiş deputatı noyabrın 20-də saxlayıblar.

"Bu gün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçməlidir. Lakin vəkil məmurun nədə təqsirləndirildiyini açıqlamayıb", - "Gazeta" yazıb.

Kanatbek İsaev dəfələrlə Joqorku Keneşin (qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti-red.) deputatı olub. O, Tokmok meri və prezidentin Çuy vilayətindəki səlahiyyətli nümayəndəsi işləyib. O, 2020-ci ildə bir aydan az müddətdə parlamentin spikeri vəzifəsində çalışıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti