Angela Merkel Ukraynaya mesaj ünvanlayıb

   Angela Merkel Ukraynaya mesaj ünvanlayıb
  23 Noyabr 2024    Oxunub:296
Rusiya ilə danışıqlara başlamaq barədə qərarı təkcə Kiyev verə bilməz.
AzVision.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel İtaliyanın məşhur “Corriere della Sera” qəzetinə müsahibəsində belə iddia irəli sürüb.

“Təbii ki, danışıqlar Ukraynanın başı üzərində aparıla bilməz. Amma eyni zamanda, düşünürəm ki, Ukraynanı dəstəkləyən bir çox ölkələr Rusiya ilə diplomatik həlli müzakirə etmək mümkün olanda Kiyevlə birlikdə qərar verməlidir. Bunu tək Kiyev həll edə bilməz”, - Merkel vurğulayıb.

Bununla belə, onun fikrincə, bu prosesin nə vaxt başlaya biləcəyinə cavab verməkdə Merkel çətinlik çəkib.

Angela Merkel: “Putin həmişə sayıqdır”
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri xanım Merkelin noyabrın 26-da təqdimat mərasimi keçiriləcək “Azadlıq. Xatirələr 1954-2021” kitabında siyasətçi Rusiya və Ukrayna ilə bağlı bir çox məqamlara da toxunub.

Bu arada, Böyük Britaniyanın “Sky News” telekanalı Ukrayna ordusunun cəbhə xəttində kollapsla üzləşdiyini bildirib.

- Analitiklərin fikrincə, Ukrayna qoşunları demək olar ki, üç il davam edən müharibədən tükənib, canlı qüvvə və texnika çatışmazlığından əziyyət çəkir. Bu vaxt isə Rusiya Silahlı Qüvvələri bir-birinin ardınca yaşayış məntəqələrini ələ keçirir. Kiyev üçün vəziyyət Kursk vilayətinin işğalı ilə də çətinləşdi: indi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri sərhəd bölgələrində ilişib qalıb və cəbhənin daha mühüm hissələrini gücləndirmək iqtidarında deyil”, - telekanalın yayımladığı materialda deyilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Merkel   Ukrayna   qərar  





Xəbər lenti