Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb

Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
  23 Noyabr 2024    Oxunub:294
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti