“Şimal axını” ilə bağlı Kiyevə qarşı tələb irəli sürülüb

   “Şimal axını”    ilə bağlı Kiyevə qarşı tələb irəli sürülüb
  25 Noyabr 2024    Oxunub:331
Almaniyanın “Stoppt die Sanktionen” hərəkatı “Şimal axını”nı partlatdığına görə Ukraynadan təzminat tələb edib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, tələbin mətnində “Şimal axını” qaz kəmərlərində təxribata görə Kiyevin məsuliyyətinin göz qabağında olduğu bildirilir. Tələbdə həmçinin deyilir ki, baş verənlər Almaniyaya və onun iqtisadi əsaslarına qarşı məqsədyönlü hücumdur.

“Ukrayna həm fiziki, həm də itirilmiş mənfəətə dəymiş ziyana görə tam məsuliyyət daşımalıdır”, - “Stoppt die Sanktionen” hərəkatı vurğulayıb.

Hərəkat həmçinin Almaniya hakimiyyətini Kiyev öz əməllərinə görə cavab verənə qədər Ukraynaya dəstəyi dayandırmağa çağırıb.

- Şimal axınına qarşı terror aktı dərhal və tam kompensasiya edilməlidir. Heç bir danışıqlar, heç bir bəraət ola bilməz”, - bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ABŞ və Böyük Britaniyanın “Şimal axını”nın partladılmasında birbaşa iştirak etdiyini açıqlamışdı. Onun iddiassına görə, qaz kəmərlərində terror aktının təşkili, hazırlanması və həyata keçirilməsinə anqlosakson kəşfiyyat xidmətlərinin peşəkar diversantları cəlb olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   "Şimalaxını"   Kiyev  





Xəbər lenti