Rusiya benzin ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv edir

   Rusiya benzin ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv edir
  22 Noyabr 2024    Oxunub:299
Rusiya hökuməti benzinin ixracına sentyabrın 1-dən cari ilin sonunadək qoyulan qadağanı vaxtından qabaq aradan qaldırmağı planlaşdırır.
Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, bu qərarla bağlı müvafiq sənədlər yaxın günlərdə hazırlanacaq.

O konkret tarix vurğulamasa da, dekabrın ilk günlərində qadağanın ləğvinə eyham vurub.

"Əsas prioritet daxili ehtiyacların təminatıdır. Daxili bazarda profisit yaranarsa, benzinin ixracına icazə veriləcək", - Novak bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   benzin   ixrac  





Xəbər lenti