Jurnalistlər prezidentə məktub göndərəcək

 Jurnalistlər prezidentə məktub göndərəcək
  11 İyul 2013    Oxunub:1343
Jurnalistlərin qurultayı başladı
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı işə başlayıb.

AzVision.az xəbər verir ki, jurnalistlərin VI qurultayının iştirakçıları ilk öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

Qurultayı Mətbuat Şurasının sədri açıq elan edib və bundan sonra dövlət himni səslənib.

Daha sonra qurultay iştirakçılarının səsverməsi ilə Rəyasət Heyəti, Katiblik, Say və Mandat Komisiyalarının tərkibi seçilib. Mandat Komisiyasının tərkibinə Elçin Mirzəbəyli, Minə Yusifqızı və Zakir Ağayev seçilib.

Katibliyə isə Sevil Yusifova, Rey Kərimoğlu və Nadir Azəri seçilib.

Rəyasət Heyətinin tərkibinin ötən qurultayda olduğu kimi Mətbuat Şurasının İdarə Heyəti üzvlərindən ibarət olması səsə qoyulub və qəbul edilib.

Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, Rəşad Məcid və Vüqar Səfərli Rəyasət Heyətinin üzvləri seçilib.

Daha sonra səsvermə yolu ilə qurultayın gündəliyi və reqalament müəyyənləşdirilib.

Qurultayda prezidentə təşəkkür məktubunun göndərilməsi qərara alınıb.

Qurultayda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Nicat Dağların müalicəsini öz üzərinə götürdüyü üçün prezident İlham Əliyevə məktub göndəriləcək.

Qeyd edək ki, qurultayda Mətbuat Şurası Nizamnaməsinə və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi müzakirəyə çıxarılacaq.

İdarə Heyəti, NTK-nın yeni tərkibi və Mətbuat Şurasının sədri seçiləcək, qurultayın yekun sənədləri qəbul olunacaq.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti