1940 dərman yeni qiymətlərlə satılacaq

1940 dərman yeni qiymətlərlə satılacaq
  24 Fevral 2016    Oxunub:1842
Sabahdan daha 1940 dərman vasitəsi təsdiqlənmış qiymətlərlə satılacaq.
İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılacaq.

Bununla da, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651 olacaq.

Qeyd edək ki, indiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir. Siyahı saytda “pdf” formatında yerləşdirilib ki, bu da həmin cədvəlin mobil telefonlara və planşetlərə yüklənməsinə və elektron kitabça kimi istifadə etməyə imkan yaradır.

AzVision.az


Teqlər:  





Xəbər lenti