Ağcabədidə qadın öldürüldü - Qaynı saxlanıldı

   Ağcabədidə qadın öldürüldü -    Qaynı saxlanıldı
  02 May 2024    Oxunub:608
Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti