Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş olub - FOTO

Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş olub -    FOTO
  02 May 2024    Oxunub:638
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova İspaniya Senatının Milli təhlükəsizlik və müdafiə komissiyası sədrinin müavini Xose Antonio Monaqo Terrazanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığın və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından uğurlu olduğu bildirilib.

Söhbətdə Azərbaycanın əldə etdiyi uğurlar, regional təhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, dünyada mövcud olan ikili standartlar barədə danışılıb.

Görüşdə Azərbaycanla İspaniya arasında əlaqələrin, əməkdaşlığın dərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Milli-Məclis   İspaniya   görüş  





Xəbər lenti