Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər

   Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər
  02 May 2024    Oxunub:985
Fələstin-İsrail münaqişəsinin aktiv fazası doqquz ay davam edərsə, Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər.
Bu barədə BMT İnkişaf Proqramının “Qəzza müharibəsi: Fələstin dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı dərc olunmuş hesabatında deyilir. Qeyd olunub ki, müharibə doqquz ay davam edərsə, yoxsulluq səviyyəsinin 38,8%-dən 60,7%-ə yüksələcəyi proqnozlaşdırılır. Bu, orta təbəqənin əksəriyyətini yoxsulluq həddinin altına salacaq.

Beləliklə, BMT-nin İnkişaf Proqramı qeyd edir ki, iyul ayına qədər, münaqişənin eskalasiyası başlayandan bəri, təxminən 1,86 milyon fələstinli yoxsulluq həddinin altına düşə bilər.

Hesabat müəllifləri həmçinin qeyd edirlər ki, münaqişə Fələstin ərazilərində işsizliyin kəskin artmasına səbəb olub, Qəzza zolağında görünməmiş həddə çatıb. 2024-cü ilin birinci rübünə olan məlumata görə, Fələstində işsizlik 57% təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti