Kobaxidze ABŞ-yə səfərdən imtina edib

   Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  02 May 2024    Oxunub:903
ABŞ-nin "Xarici agentlər" haqqında qanun layihəsinə reaksiyasından sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkəyə getməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Vaşinqton Baş nazirin səfərinə qarşı sözügedən qanun layihəsinə baxılmasının dayandırılması şərtini qoyub. Gürcüstan tərəfi belə bir şərtin qarşılıqlı hörmət və etimada uyğun gəlmədiyini ABŞ səfirinə çatdırıb.

Beləliklə, Baş nazir İrakli Kobaxidze dəvətdən imtina edib.

AzVision.az


Teqlər: Gürcüstan   ABŞ  





Xəbər lenti