Budapeşt Stoltenberqin təklifinin əleyhinədir
“Çərşənbə axşamı NATO-ya üzv ölkələr Baş katibdən blokun müharibəyə xərcləmək istədiyi 100 milyard dolları toplamaq təklifi alıblar. Üstəlik, bu vəsait beş il ərzində toplanmalıdır, yəni NATO bu müddət ərzində hərbi əməliyyatların davam edəcəyini gözləyir” , - Siyatro deyib.
Stoltenberqin təklifinin Şimali Atlantika blokuna üzv dövlətlərə birinci oxunuşda təqdim olunduğunu açıqlayan Siyyatro, Macarıstanın NATO-nun belə hərəkətlərində iştirak etmək istəmədiyini vurğulayıb.
- Biz macarlar NATO-nun silahların daşınması və ukraynalı əsgərlərə təlim keçməsi üzrə birgə əməliyyatlarında iştirak etmək istəmirik. Yaxın həftələrdə danışıqlar zamanı biz Macarıstanın bu çılğınlıqdan, 100 milyard dolları yığıb Avropadan kənara çıxarmaqdan kənarda qala bilməsi uğrunda mübarizə aparacağıq” , - diplomat bildirib.
Siyyatro onu da qeyd edib ki, Macarıstan hökuməti “Macar xalqının təhlükəsizliyinin təminatını özünün ən mühüm vəzifəsi” hesab edir.
Buna görə də, Budapeşt növbəti dövrdə müharibədən kənarda qalmağa diqqət yetirəcək. Çünki Macarıstan yeni dünya müharibəsi təhlükəsini və nüvə müharibəsinə hazırlığı görməyə bilməz. Beləliklə də, Avropadakı bu çılğınlığa son qoyulmalıdır. Ukraynadakı münaqişə isə döyüş meydanında deyil, yalnız danışıqlar masası arxasında həll oluna bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Macarıstan NATO