İdmançımız qızıl medalla qayıdır - FOTOLAR

İdmançımız qızıl medalla qayıdır - FOTOLAR
  10 İyul 2013    Oxunub:1396
Kazanda keçirilən XXVII Yay Universiadası Azərbaycan idmançıları üçün uğurlu olub.
Ağırlıqqaldırma yarışlarında Firudin Quliyev 69 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. İdmançımız birdən qaldırmada 142 kq, təkanla qaldırmada 181 kq ağırlığı ram edərək, 323 kq nəticə ilə Universiadanın qalibi olub. Quliyev təkanla qaldırmada Universiadanın rekordunu da yeniləyib.
69 kq çəkidə yarışan digər idmançımız Yuri Dudoqlo ümumilikdə 298 kq (133 kq + 165 kq) nəticə ilə 7-ci yeri tutub.

Mükafatlandırma mərasimindən dərhal sonra Firudin : "Düzü, mən qızıl medal qazanacağıma inanmırdım. Əlbəttə, bura medal qazanmaq arzusu ilə gəlmişdim. Lakin Universiadanın qalibi olacağıma inanmırdım. Amma yarış vaxtı hiss etdim ki, rəqiblərimdən daha ağırını qaldıra bilirəm və uğur qazanacağam. Dövlətimə, məşqçilərimə, federasiyamıza minnətdaram ki, bir idmançı kimi hazırlanmağıma hər bir şərait yaradılıb".

Yığma komandamızın baş məşqçisi Zlatan Vanev də Firudinin bu qələbəyə layiq idmançı olduğunu, məşqlərdə intizamı və məsuliyyəti ilə seçildiyini deyib.

Qeyd edək ki, bundan əvvəl 58 kq çəki dərəcəsində mübarizə aparan ağır atletika yığmamızın üzvlərindən biri Kristina Yovu ümumilikdə 226 kq (100 kq + 126 kq) nəticə göstərərək gümüş medal qazanıb.

Qalereya




Teqlər:  





Xəbər lenti