Britaniya Azərbaycana yeni səfir təyin etdi

Britaniya Azərbaycana yeni səfir təyin etdi
  09 İyul 2013    Oxunub:1478
Britaniyanın Azərbaycana yeni təyin etdiyi səfir İrfan Sıddık diplomatik xidməti başa çatan sələfi Piter Beytmani əvəz edəcək.
AzVision.az Britaniya hökumətinin rəsmi saytına istinadən bildirir ki, İ.Sıddık gələn aydan vəzifəsinə başlayacaq.

Bundan məmnun olduğunu açıqlayan yeni səfir İrfan Sıddık ölkəmizlə bağlı öz təəssüratlarını bölüşüb:

“Azərbaycan zəngin mədəni irsə, dinamik iqtisadiyyata və strateji əhəmiyyətə malik ölkədir. Mən Azərbaycanda yaşamağı və işləməyi, ölkəni və yerli sakinləri yaxından tanımağı səbirsizliklə gözləyirəm. Eyni zamanda, Britaniya maraqlarını və dəyərlərini Britaniya-Azərbaycan münasibətləri çərçivəsində inkişaf etdirməyə çalışacam”.

Qeyd edək ki, səfir İrfan Sıddık 1998-ci ildən etibarən Britaniya Xarici İşlər Nazirliyində çalışır və böyük təcrübəyə malikdir. O, Hindistan, Misir, ABŞ, Suriya və İraqda diplomat olub. Sıddık həmçinin xarici işlər nazirinin şəxsi katibi kimi fəaliyyət göstərib, Cek Strou və Marqaret Bekkettlə birgə çalışıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti