Milli Şurada vəzifələr paylandı

Milli Şurada vəzifələr paylandı
  09 İyul 2013    Oxunub:1232
Milli Şuranın iclası jurnalistlər üçün qapalı keçirilir.
Milli Şuranın 3-cü sessiyası öz işinə başlayıb. AzVision.az xəbər verir ki, iclas daxili təşkilati məsələlərlə bağlı olduğundan jurnalistlərə qapalı keçirilir.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Sessiyada müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə açıqlama verib. O, bildirib ki, gündəlikdə duran birinci məsələ Milli Şuranın komitələrinin yaradılması olub:

“Bu məsələ ətrafında müzakirələr davam edir. Bununlla yanaşı yeni üzvlərin qəbulu və vahid namizədin seçki qərargahının yaradılması məsələsi də gündəliyə daxil edilib”.

Partiya sədrinin sözlərinə görə, Milli Şuranın artıq on qurumu razılaşdırılıb, komitələr yaradılıb və hər birinə rəhbərlər təyin edilib:

İqtisdadiyyat Komitəsi- rəhbəri Qubad İbadoğlu.

Sosial-siyasət Komitəsin-rəhbəri Eldar Əliyev

İctimaiyyətlə Əlaqələr Komitəsinə- rəhbəri Mehman Əliyev

Beynəlxalq Əlaqələr Komitəsi-rəhbəri Gültəkin Hacıbəyli

Etika Komitəsi -rəhbəri Nurəddin Mustafayev

Qarabağ Komitəsi-rəhbəri Cəmil Həsənli .

Yeni yaradılan Mitinq Komitəsinin isə rəhbərliyi hələlik müəyyənləşdirilməyib.

“Növbəti sessiyaya qədər rəhbərlik seçiləcək. İnsan hüquqları üzrə komitənin də rəhbəri hələ ki, məlum deyil. Hələlik strukturlar yeni yaranır və möhkəmlənməyib”- deyə S. Əkbər bildirib.

Milli Şura üzvü həmçinin əlavə edib ki, Gənclər komitəsi və bundan başqa Qadınlar komitəsi də yaradılıb. Hazırda isə onun rəhblərlərinin seçilməsi məsələsi müzakirə olunur.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti