Jurnalistlər üçün yeni müsabiqə

Jurnalistlər üçün yeni müsabiqə
  09 İyul 2013    Oxunub:1325
AzVision.az-ın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyəti 22 iyul - Mətbuat Günü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, "Binəqədi rayonu - mətbuatın gözü ilə" adlı reportaj və yazı müsabiqəsində iştirak etmək üçün efirə getmiş sujeti və ya mətbuatda dərc edilmiş məqaləni 18 iyul 2013-cü il tarixinədək "[email protected]" elektron poçt ünvanına göndərmək lazımdır.

Müsabiqədə qalib gələn ilk 5 sujet və məqalə sahibləri hər nominasiya üzrə mükafatlandırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti