Ramazanla bağlı fətva verildi

Ramazanla bağlı fətva verildi
  08 İyul 2013    Oxunub:1108
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
AzVision.az xəbər verir ki, Şuranın bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 10-da başlayır və iyulun 9-u orucluğun niyyət gecəsidir. Ehtiyatən iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

Fatimə




Teqlər:  





Xəbər lenti