Bakıda oğru girov götürüldü

  08 İyul 2013    Oxunub : 614
Bakıda oğru girov götürüldü
Bakıda oğurluğa cəhd edən şəxs girov götürülüb.
İyunun 6-da Nizami rayonunun Keşlə qəsəbəsində Asya Dəmirovanın evindən oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Dimitriy Məmmədov evin sahibinin oğlu Rəfayel tərəfindən tutulub.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, sonradan Rəfayel tanışları, qəsəbə sakinləri Zahir Əhmədov, Rövşən Əsədov, Teymur Məmmədov və Emin Babayev ilə birgə D.Məmmədovu döymüş, bıçaqla qulağına xəsarət yetirib.

E.Babayevə məxsus evə aparıb orada girov saxlayıb və buraxılması müqabilində onun qohumlarından 2.000 manat pul və ya qızıl əşyaları vermələrini tələb ediblər.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Dəmirov, Z.Əhmədov, R.Əsədov, T.Məmmədov və E.Babayev saxlanılıblar.

Mirvari

Teqlər: