Milli Məclisin gündəliyi- 7 məsələyə baxılacaq

Milli Məclisin gündəliyi- 7 məsələyə baxılacaq
  05 Fevral 2016    Oxunub:2153
Milli Məclisin fevralın 12-də keçiriləcək yaz sessiyasının növbəti plenar iclasının gündəliyi məlum olub.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, gündəliyə 7 məsələnin müzakirəsi daxil edilib.

İclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədə, "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə, eləcə də "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" müqavilənin və onun proqramının təsdiq edilməsi barədə qanun layihəsinə baxılacaq.

Həmçinin iclasın gündəliyində "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər edilməsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə" qanun layihəsinə baxılması da daxil edilib. "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Eyni zamanda plenar iclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti