Daha bir bankda kadr dəyişikliyi

Daha bir bankda kadr dəyişikliyi
  21 Yanvar 2016    Oxunub:3159
Bu gün “Kapital Bank”ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Bankdan verilən məlumata görə, Müşahidə Şurasının qərarına əsasən, Cavid Həsən oğlu Quliyev başqa işə keçməsi ilə əlaqədar olaraq Bankın Müşahidə Şurasının üzvlüyündən azad edilib.

Cavid Quliyev "PAŞA Bank"da İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri təyin edilib. C.Quliyev daha əvvəl "Kapital Bank"ın Müşahidə Şurasının tərkibinə daxil olub. Bankdan əlavə ediblər ki, C.Quliyevin mövqeyi hələ vakant qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti