Rusiyada dollar kəskin bahalaşır

Rusiyada dollar kəskin bahalaşır
  20 Yanvar 2016    Oxunub:7699
Rusiyada ABŞ dollarının birja məzənnəsi 2016-ci ildə ilk dəfə 80,1 RUB/USD psixoloji həddə yaxınlaşıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda məzənnə ötən günə nisbətən 1.55 rubl bahalaşıb.

Rusiyada bir avro 1,79 rubl bahalaşaraq 87,5 rubla satılır.

Rublun belə sürətlə ucuzlaşmasına səbəb Qərbin İrana qarşı sanksiyaların ləğv etməsindən sonra neft qiymətlərinin kəskin aşağı düşməsidir.

Xatırladaq ki, 2014-cü il dekabrın 16-də bazarda məzənnə 80 RUB/USD-yə kimi yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti