`Büdcədə neft 30 dollardan götürüləcək` - Elman Rüstəmov

`Büdcədə neft 30 dollardan götürüləcək` - Elman Rüstəmov
  20 Yanvar 2016    Oxunub:2707
“Manatla yatırılan əmanətlər üzrə sığortalanma həddi 12 faizdən yuxarı qaldırıla bilər. Bu addım ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən milli valyutamız olan manata inamın artırılması məqsədini güdür”.
Bunu AzTV-də çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, yaxn zaman ərzində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası bununla bağlı müvafiq qərar qəbul edəcək: “Bu gün biz açıq deyə bilərik ki, banklarda valyutaya ehtiyac yoxdur. Valyutada olan əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. Bizim atacağımız addımlar dedollarizasiyaya hesablanıb".

E.Rüstəmovun sözlərinə görə, hazırda 2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır: “Sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır. Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti