İranın Azərbaycana vuracağı ziyan...
“Dünya bazarına daxil olan neftin həcmində artımlar müşahidə olunacaq. Hazırda bazarda neft istehlakı 94 milyon barel, bazara çıxarılan neftin həcmi isə 97 milyon bareldir. Bu baxımdan İranın neft bazarına daxil olması neft təklifini artıracaq. Təbii ki, bu da “qara qızılın” qiymətinin aşağı düşməsinə təsir göstərəcək”.
İqtisadçı qeyd edib ki, Azərbaycan neft ölkəsi olaraq qiymətlərin aşağı düşməsində maraqlı deyil, qiymətlərin ucuzlaşması dövlət gəlirlərinin aşağı düşməsinə gətirib çıxaracaq.
“İranın neft bazarına daxil olması neftdən asılı olan ölkələrin gəlirlərini aşağı salacaq. Neftin dünya qiymətindəki azalmalar İrana qarşı qadağaların qaldırılacağı ilə bağlı verilən açıqlamalarla da bağlı idi. Açıqlamalar bazara psixoloji təsir göstərirdi. İranın bazara daxil olması isə artıq iqtisadi təsir göstəməyə başlayıb.
Qərb-İran münasibətlərinin normallaşması Azərbaycanın strateji mövqeyinə də təsir göstərir. İrana qarşı sanksiyaların olduğu dövrdə, bu, Qərbin Azərbaycana diqqətini daha da artırıdı”.
V.Bayramovun fikrincə, sanksiyaların aradan qaldırılması Azərbaycanın iqtisadi maraqlarına o zaman müsbət təsir edər ki, İran Cənub Qaz dəhlizinə qoşulsun və “mazvi qaz”ını Azərbaycanın təşəbbüsü ilə reallaşan TANAP və TAP kəmərləri ilə dünya bazarına çıxarsın: “İran TAP kəmərinə qoşulmaqla bağlı qərar qəbul etsə, Cənub-Qaz dəhlizinin rentabelliliyi artacaq və qısa müddətdə gəlirlər çoxalacaq”.
Ekspertin fikrincə, İrana görə neftin ucuzlaşması manatın ucuzlaşmasına səbəb ola bilər.
Gültəkin Ələsgər