5 min dollaradək kreditlərə güzəşt oluna bilər
Bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib: “5000 dollara qədər olan kreditlər kredit portfelində 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.
Anar Kəlbiyev