`Bu, çox ciddi, radikal addımdır` - Baş bankir söz verdi

`Bu, çox ciddi, radikal addımdır` - Baş bankir söz verdi
  19 Yanvar 2016    Oxunub:3419
“6 milyon 600 min əmanətçinin əmanətləri tam sığortalanacaq”.

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Baş bankir bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi yeni qanunvericilik aktıdır.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur. “2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib. Ona görə biz bu qanun layihəsinin hazırlanması və qəbul olunmasına üstünlük verdik. Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sekrorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq. Bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləri tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır. Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq”.

İqtisadiyyat naziri Sahin Mustafayev isə bildirb ki, qanun layihəsində Azərbaycanda əmanətçilərin hüquqlarının qorumasını nəzərdə tutulur: “Bu, irəliyə doğru atılmış çox mühüm addımdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti