ARDNŞ 12 min metr qazıb

ARDNŞ 12 min metr qazıb
  04 İyul 2013    Oxunub:1214
Bu ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 224 metr qazma işi həyata keçirib.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 11 022 metri istismara, 1202 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 83334 metr qazma işi görülüb ki, bunun da 78 098 metri istismara, 5236 metri kəşfiyyata aid olub.


Teqlər:  





Xəbər lenti