Neft yenidən 29 dollar oldu

Neft yenidən 29 dollar oldu
  15 Yanvar 2016    Oxunub:2547
London və Nyu-york birjalarında, elektron ticarətin gedişi zamanı dünya bazarlarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Belə ki, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin fevral ayına olan fyuçersinin dəyəri 3,8% azalaraq 29,83 dollara düşüb.

WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda 4,39% geriləyərək bir barel üçün 29,85 dollar təşkil edib.

Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 29 dollar 12 il əvvəl olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti