Neftçalada 380 iş yeri açılacaq

Neftçalada 380 iş yeri açılacaq
  13 Yanvar 2016    Oxunub:2008
Neftçalada Sənaye Məhəlləsinin yaradılması işləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 7779 kvadratmetr olan 4 ədəd istehsal bloku və bütün zəruri infrastrukturun tikintisi işləri aparılır. Tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub.

Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılmış 10 hektar torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14 908 kv.m olan 8 ədəd istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək.

Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. Artıq 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.

Azərbaycanın digər rayonlarında da bu cür sənaye məhəllələrinin yaradılması ilə bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti